Ərdoğanın otelinə hücum edən əsgərlər - "Bizə terrorçunu öldürməyə getdiyimizi dedilər" (Video)

img

22-07-2016 [12:27]


Türkiyədə 15 iyulda baş vermiş çevriliş cəhdi zamanı prezident Ərdoğanın otelinə hücum edən əsgərlər ifadə verib.

Rəcəb Tayyib Ərdoğanın Marmaris vilayətində qaldığı otelə basqın edən əsgərlərin ifadəsi alınıb.

Hadisə ilə bağlı açıqlama verən əsgərlərin dediklərinə görə komandirlərin onlara bir terrorçunu öldürməyə getdiklərini söyləyiblər. Onların həmin oteldə kimin olduğundan isə tamamilə xəbəri olmayıb.

"Bizə bu yolun geri dönüşü olmayacağını dedilər. Biz də vətənpərvərlik duyğularımızla dəstəmazımızı aldıq və şəhid olmağa hazırlaşdıq. Telefonlarımız sönülü olduğu üçün ölkə ərazisində nə baş verdiyindən də xəbərsiz idik. Daha sonra komandirlər bizə Silahlı Qüvvələrin hakimiyyəti ələ keçirdiyini və əmrlərin baş qərargahdan gəldiyini söylədilər."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA