Azərbaycanda telekanallara xəbərdarlıq edildi

img

20-07-2016 [16:09]


"Özəl televiziya kanalları dövlətin bu ilki maliyyə yardımı ilə bağlı hesabatlarını ilin sonuna kimi Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim etməlidir".

Bunu Şuranın Aparat rəhbəri Toğrul Məmmədov bildirib.

Onun sözlərinə görə, indiyə kimi ayrılan vəsaitin hara xərclənməsi ilə bağlı bir televiziya - "Lider TV" MTRŞ-ya hesabat təqdim edib: "Hesabatın təqdim olunması üçün televiziya kanallarının bu ilin sonuna kimi vaxtı var".

T.Məmmədov onu da bildirib ki, ANS televiziyasının yayımı dayandırılsa da, telekanalla MTRŞ arasında olan məhkəmə prosesi davam edəcək və şirkət dövlət tərəfindən ayrılmış 161 min vəsaiti dövlət büdcəsinə geri qaytaracaq.

Qeyd edək ki, bu il mayın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımının göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb. Həmin məbləğ özəl yayımçılar arasında bərabər məbləğdə bölünüb.
Report.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA