Bakıda ikimərtəbəli yazayız binasında partlayız baz verib, bez nəfər yaralanıb

img

19-04-2010 [01:06]


Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan 3 otaqlı mənzildə otaqların birində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, partlayış nəticəsində yanğın hadisəsi olmayıb. Nəticədə, mənzilin otaqlarının arakəsmə divarlarında çatlar əmələ gəlib, ev sahibi və həmin vaxt mənzildə olan daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan ikisi xəstəxanaya aparılmışdır. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA