Lider TV-nin tanınmış əməkdaşı qəfil vəfat etdi - Futbol oynayarkən...

img

09-07-2016 [22:52]


Lider TV-nin tanınmış əməkdaşı İlqar Qulusoy bu gün, təxminən 1 saat əvvəl vəfat edib.

Mia.az xəbər verir ki, o, dostları ilə "Azərbaycan" nəşriyyatının həyətindəki meydançada futbol oynayarkən qəfil başını tutaraq yıxılıb. Dostları nə baş verdiyini anlayana qədər isə, o, dünyasını dəyişib. 

İlkin ehtimala görə, İlqar Qulusoy ürəktutmasından vəfat edib.

Həmkarlarımızdan aldığımız məlumata görə, hadisə yerinə çağırılan təcli yardımın həkimləri onun nəşini ekspertizaya aparıblar...

Onu da qeyd edək ki, 36 yaşlı İlqar Qulusoy ailəli idi, azyaşlı 2 övladı vardı...

Mia.az-ın kollektivi dəyərli həmkarımızın vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhuma Allahdan rəhmət, əzizlərinə isə səbr diləyir!

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA