Bakıda qadın dələduzluq etdi, əri bıcaqlayıb öldürdü

img

15-04-2010 [12:03]


Bu gün Bakıda səhər saatlarında qətl hadisəsi baş verib. Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə saat 07.00 radələrində Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsindəki mənzildə baş verib. 45 yaşlı Robert Buqsay oğlu Timirxanov münaqişə zəminində həyat yoldaşı, 43 yaşlı Venera Mehrab qızı Timixanovaya 2 dəfə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. İlkin araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb arvadın dələduzluq yolu ilə vətəndaşlardan aldığı pulu qaytara bilməməsi və bu üzdən evlərinin satılması ehtimalı olub(anspress). Faktla bağlı AR CM-nin 120.1-ci maddəsi ilə araşdırma aparılır. [left][/left]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA