Leyla Əliyeva üçün özəl tarix...

img

03-07-2016 [20:40]


Bu gün prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Leyla Əliyevanın 31 yaşı tamam olur. O, 1985-ci il iyulun 3-də anadan olub. İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb. 

Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur. O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Leyla Əliyevanın Əli və Mikayıl adında iki oğlan övladı var.

Qafqazinfo 


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA