Sabahdan paytaxtda təhlükəsizlik aylığına start verilib

img

14-04-2010 [06:51]


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi aprelin 15-dən may ayının 15-dək paytaxtda ?Diqqət piyada!? adı altında təhlükəsizlik aylığı keçirəcək. Xətai rayon DYP-nin təbliğat üzrə inspektoru polis polkovnik-leytenantı Vaqif Əsədovun sözlərinə görə, məqsəd hər bir hərəkət iştirakçısının nizamlı olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməsinə nail olmaqdır: ?Son günlər paytaxt ərazisində baş verən yol qəza hadisələrinin ağırlıq dərəcələri, eyni zamanda piyadaların vurulması faktları ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi təhlükəsizlik aylığının keçirilməsi ilə əlaqədar əmr imzalayıb. Həmin əmrdə Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarını pozanlara qarşı görülən tədbirlərin gücləndirilməsi əksini tapıb. ?Diqqət piyada!? adı altında təhlükəsizlik aylığı çərçivəsində sürücülərlə yanaşı, piyadaların da ?Yol hərəkəti haqqında? Qanununun tələblərini yerinə yetirmələrinə nəzarət gücləndiriləcək. Piyadalar tərəfindən qadağan olunan yerlərdən keçmə halları müşahidə edilərsə, onlar da məsuliyyətə cəlb ediləcək?. V.Əsədovun sözlərinə görə, son illər Azərbaycanda bütün sahələrdə inkişafın getdiyi kimi yol hərəkəti təhlükəsizliyi sahəsində də xeyli yüksək nəticələr əldə edilib: ?Paytaxtın müxtəlif ərazilərində yerüstü və yeraltı piyada keçidləri tikilərək istifadəyə verilib. Bu tədirlər piyadaların təhlükəsizliyi üçün görülsə də, təəssüflər olsun ki, Xətai rayonu ərazisində istifadəyə verilən həmin piyada keçidlərindən çox az adam istifadə edir. Hətta ekskalatorla təmin olunan piyada keçidlərindən də əhalinin istifadəsi arzuolunan səviyyədə deyil. Aparılan təhlil və əldə olunan statistika onu deməyə əsas verir ki, bütün bunların nəticəsində piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayı artır?. V.Əsədovun sözlərinə görə, təkcə Xətai rayonu ərazisində bu ilin yanvarından yol hərəkəti qaydalarını pozan 64 piyada cərimələnib: ?Yol hərəkəti qaydalarını pozan piyadalar qanunda nəzərdə tutulan qaydada İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun inzibati məsuliyyətə cəlb edilərək 10 manat cərimələnir. Əgər hərəkət iştirakçısı ?Yol hərəkəti haqqında? Qanununun tələblərini bilir, ona əməl edərsə, ilk növbədə yol mədəniyyəti nümayiş etdirmiş olur. Həmçinin piyadaların özünün həyatının təhlükəsizliyi üçün vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA