03-07-2016 [15:55]
Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri azaldılıb.
Bu, Nazirlər Kabinetinin "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında qərarında əksini tapıb.
Nizamnaməyə əsasən İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarət seçilir. "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri və onun müavinləri tutduqları vəzifəyə görə İdarə Heyətinin üzvləri hesab edilirlər. İdarə Heyətinin sədri onun işinə rəhbərlik edir. İdarə Heyətinin sədri və müavin(lər)i vəzifəyə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunurlar. İndiyə qədər İdarə Heyətinin hüquqi şəxslər, filiallar və nümayəndəliklər təsis etmək, Cəmiyyətin təsis etdiyi hüquqi şəxslərin, filialların və nümayəndəliklərin vəzifəli şəxslərini təyin etmək səlahiyyətləri olub.
Dəyişikliyə əsasən bu sahələrdə İdarə Heyətinin müstəqil qərar qəbul etmək hüququ ləğv olunub. Başqa sözlə, İdarə Heyəti artıq yalnız Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı ilə cəmiyyətin idarə, nümayəndəlik və filiallarını yaratmaq və ya ləğv etmək, həmçinin törəmə müəssisələrini (cəmiyyətlərini) yaratmaq, yenidən təşkil və ya ləğv etmək səlahiyyətinə malikdir. İdarə Heyəti Cəmiyyətin törəmə müəssisələrinin (cəmiyyətlərinin), idarə, filial və nümayəndəliklərinin rəhbərlərini isə Nazirlər Kabinetinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edə biləcək.
Bundan sonra İdarə Heyəti Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi və Cəmiyyətin nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün Nazirlər Kabinetinə təkliflər verməlidir. Cəmiyyətin yenidən təşkili və ya ləğv edilməsi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul ediləcək(apa).
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib