02-07-2016 [16:15]
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – gənc Azərbaycan şairi Leyla Əliyevanın "Dünya yuxutək əriyir” kitabı işıq üzü görüb.
Kitaba toplanan şeirlərin sətri tərcüməsinin müəllifi Zahid Məmmədov, bədii tərcüməsinin müəllifi Afaq Məsuddur. Nəşrin redaktoru Yaşar Əliyev, bədii tərtibatçısı Aqil Əmrahovdur.
"Dünya yuxutək əriyir…” kitabı Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk şeirlər toplusudur. Kitab Afaq Məsudun şairin yaradıcılığı barədə fikirlərini bölüşdüyü "Buludlardan yuxarı” essesi ilə başlayır.
Oxuculara təqdim olunan bu şeirlər toplusu ədəbi mühitimizə "Getmə, ana”, "Gedim bir az ağlayım”, "Qu quşu”, "Pərvanə”, "Hərənin öz sonu”, "Gözlərim kor olub” və digər bu kimi təsirli şeirləri ilə qədəm qoymuş gənc, istedadlı şair Leyla Əliyevanın Azərbaycan dilində nəşr olunan ilk kitabıdır. İlk qələm sınaqlarından başlayaraq fərqli dünyaduyumu, baxış bucağıyla seçilən, ağrıları, sevgiləri, havanın hərarətini, yağışın, çiskinin, çiçəyin qoxusunu həmişəyaşıl bitkitək özündə saxlamağı bacaran bu şeirlər artıq neçə illərdən bəridir ki, geniş, intellektual oxucu auditoriyasının marağını və məhəbbətini qazanıb.
Bu kitabı şairin bəzən parlaq günəşli yaşıl düzənliklərlə, bəzən isə ildırım və şimşək çaxıntıları dolu sıldırımlı, qasırğalı yollarla irəlilədiyi yaradıcılıq xəritəsi adlandırmaq olar. Bir qədər də yaxınlaşsaq, bu şeirlərin Yer üzünə sanki buludların yuxarısından qanadlarla enmiş məsum mələyin yadlıq və qəriblikdə keçən həyat mənzərələri – mənasını, məntiqini heç cür anlaya bilmədiyi "həqiqətlərdən” üzülüb nazilmiş ruhuyla bu dünyanın darısqallıqlarından, bəzən çıxış nöqtəsi, nəfəsliyi olmayan kip çərçivələrindən sivrilib gah üzüyuxarı – məchul ənginliklərə, gah da qəfil həyat yanğısıyla üzüaşağı – Yerə şığıyan mələk uçuşları olduğunu anlayarıq…
Burada müəllifin ən böyük uğuru və qələbəsi, İlahi ərazilərdə baş verən bütün hadisələri – ağrıları və nisgili, sevgini və kədəri, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın havasında, həmin təsirdə saxlamaq və kağıza köçürmək qabiliyyətidir. Bu şeirlər anlaşılmaz, dərkedilməz, dirildici bir enerji daşıyıcılığına malikdir. Burada sevinc, fərəh, heyrət, dünyanın adi gözlə görülməyən İlahi gözəlliklərinə vurğunluq kimi, qüssə də, kədər də, tənhalıq və çıxılmazlıqlar da şəfqətverici və oyandırıcıdır. Ən başlıcası isə bütün bu yaşananların öz həqiqəti və sevgisi ilə dünyanın, onun insanlar tərəfindən quraşdırılmış dayaqsız, məntiqsiz Məntiqinin üzərində, fövqündə qələbə çalmasıdır.
x x x
Dünyanın ən gizli, ən mübhəm həqiqətlərini açmağa tələsən Mələyin burada, insanlarla dolu bu Yer üzündə qaranlıq, sakit gecələrdən, küləkdən, buluddan, Günəşdən və Aydan savayı heç kimi yoxdur. Köməyinə yetməyən Aylı gecələr, göz yaşı tökən yağışlar, dəli küləklər, fikir və duyğu ilğımında əriyib itən günlər, aylar, fəsillər… Dostlar, tanış üzlər… dayağı, əsası, mütləq həqiqəti olmayan görüntülər... Zaman-zaman biri o birini inkar edən amansız ilğım sayrışmaları…
Mələk bu qarmaqarışıq aləmdə təkdir. Amma o, təslim olmur – zülmət gecələrin qaranlıqlarında azan pərvanətək işıq işartısı sezdiyi pəncərə şüşələrinə çırpılmaqdan usanmır.
Mələk belə yaşayır. Özünü və dünyanı ağrı-əzablardan xilas etmək eşqiylə mənası qaranlıq mətləblərə, izahı olmayan sirlərə çırpıla-çırpıla, qanadlarının zərif tozunu dörd bir yana səpib itirə-itirə, cavabsız suallar içində azıb üzülə-üzülə…
Şüur və düşüncənin dərk etmək iqtidarında olmadığı, hansısa toxunulmaz, ali ərazilərdə yaşanan bu ağrı, nisgil, insan nisgili və ağrıları qəbilindən olmayan, nə iləsə yağışın, daşqının, zəlzələnin halını, bəzən tənha, lal gecələrin tanış, çıxılmaz sakitliyini andıran, tamamilə fərqli ağrı, fərqli nisgildir. İlahi Sevgidən və Mərhəmətdən bədirlənmiş bu aləmi islanmadan, üşümədən, titrətmədən tərk etmək, oralardan sakitcə uzaqlaşmaq olmur.
Yenə yara vuruldu,
Ruhum soluxdu gültək.
Qırıq misralarımın
İçindən düşdü ürək…
Ürəyim qaya kimi
Çırpıldı uçurumlara.
Sən ruhuma rəhm elə,
İlahi, qaçım hara?
Çırpınır yazıq ruhum
Qəfəsində quş kimi.
Çırpınır dənizlərdə
Batmış əzizim kimi.
Boğulur… yox iradəm
Ruhumu çıxarmağa.
İstəyirəm, amma, yox,
Güc yoxdu ağlamağa.
Nə dəyişdi qəfildən?
Qışmış demə, qar yağır…
Sən demə, şaxta imiş,
Nə biləydim mən-fağır?
Yarpaqlar da tökülür…
Toran basır gündüzü.
Niyə inanmıram bəs?
Niyə? Bilmirəm, özüm.
Mələyi təslim olmağa qoymayan, ona, insana çevrilməyə imkan verməyən içində məşəltək daşıdığı qənirsiz, sərhədsiz Sevgidir… Qanadlarını, qəlbini daim buludlarla, Günəş işığı və yağışlarla dolduran, insanlığa şəfa gətirən İlahi Sevgi.
Mələk Yer üzünə bu missiya ilə gəlib – Günəşdən, yağışdan, buludlardan aldığı bu Sevgini, mərhəmət və sevgi hissini, nə vaxtsa çoxdan yadırğamış İnsanlığa ötürməkdən, Onu, yuvarlandığı ruhsuzluq uçurumlarından xilas etməkdən ötrü.
Mələk özü bunu bilmir.
Bütün dünyanı – insanları, ağacları, dənizi, Günəşi və Ayı, sərhədi, sonu olmayan Sevgisinin İşığında, ovcunda saxlamağa qadir Mələyin özününsə, Göydə də, Yerdə də yeganə sığınacağı, tək bir öz Qəlbidir.
Zaman hara axdı sürətlə belə?
Qapının ağzını qış aldı yenə.
Yenə yay ruhumu soyuğa verdim,
Tutuldum darıxmaq xəstəliyinə.
Gün doğur, bağçada qızılgül açmır,
Xəzərin qumları parlamır gündə...
Yandırar köksünü həsrət yanğısı,
Kim ki, sonsuzacan yalqızdı yenə.
Nədən yenə dondun, mənim ürəyim?
Bu donuq buzunu kim əridəcək?
Heç cürə qızınmaq istəmirsən sən,
Sənin adətindi qışda qəm yemək.
Zaman hara axdı, görəsən, belə?
Mən – "Dayan!” – söylədim, o dayanmadı.
Yola toran çökdü saat altıda
Əlimsə, Günəşə uzana qaldı.
Yetişə bilsəydi əgər əllərim,
Ovcumun içində gizlərdim onu.
Elə sıxardım ki, salıb qəlbimə,
Bir daha gəlməzdi gündüzün sonu.
Ancaq göz yaşını görür gecələr…
Bağışla, ürəyim, məni bağışla.
Bir daha xətrinə dəymərəm sənin,
Qaça bilmərəm mən səndən heç yana.
Mələk buraya, Yer üzünə nədən ötrü gəldiyindən xəbərsizdir. O, bir şeyi dəqiq bilir – O, məğlubedilməzdir. Günəşin özü kimi. Küləklər, yağışlar, ildırım çaxıntıları kimi.
Zaman ötdükcə, qəlbi sevgi və mərhəmət dolu Mələk hələ çox pəncərələrə çırpılacaq, yasaq qaranlıqlara daxil olub Xilas Yolunun gizli qapılarını açacaq, İnsana kim olduğunu anladacaq. Sonra… buludlara, küləklərə qarışıb gəldiyi Məkanına dönəcək.
Pəncərə şüşələrində isə onun qanadlarının zərif tozu qalacaq. Günəş, Yağış, İldırım, Külək bu toz zərrəciklərinə toxunmayacaq. Bu zərif zərrələr uzun illər, əsrlərlə bərq vuracaq, işıqlı dənələrini ətrafa səpə-səpə insanlarla danışmağa davam edəcək.
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
İsrail ordusu Qəzzaya 140-dan çox hava zərbəsi endirib
"50 qəpik Anar Rzayevin özü üçün azdır, millət üçün az deyil axı" - Deputat AYNA sədrinə etiraz etdi
Sabah hava necə olacaq? - Proqnoz
Fuad Rəfiyev müşavir təyin edilib
Azərbaycanlı aparıcı 4-cü dəfə ərə gedir - VİDEO
"Jurnalistlərin Binası"nda qalmaqal yaradan "CityNet"... - İndi də redaksiyanı internetsiz qoyub
Sabiq icra başçısı məhkəmədə ifadə verdi: "Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var" - VİDEO
2026 Dünya Çempionatının "Maskot"ları belə olacaq - FOTOLAR
Bakıda estetik əməliyyat olunan qadının bədəni çürüyür - VİDEO
"Kanal rəhbərliyi çağıranda, deyirdim ki, sözünüz varsa, telefonla yığ" - "Universitet müəllimlərindən 10 dəfə çox qazanıram"
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
"Amazon"a tarixi cəza - 2,5 milyard dollar ödəyəcək
III MDB Oyunları: Azərbaycanın bayraqdarları bəlli oldu
3 ay əvvəl təyin olunmuşdu - Mətbuat katibi vəzifədən azad olunub
Azərbaycan nefti bahalaşıb
Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib