Putin Türkiyə ilə bağlı önəmli tapşırıqlar verdi - Ticarət, turizm, terror...

img

30-06-2016 [21:37]


Rusiya Türkiyəyə qarşı bu gün daha bir neçə önəmli jestlər edib. 

Mia.az Türkiyənin NTV kanalına istinadən bildirir ki, bununla bağlı bu gün Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə turpaketlərin satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması haqqında fərman imzalayıb. O, eyni zamanda iki ölkə arasında çarter reyslərinin də bərpa olunmasına göstəriş verib. Bundan başqa, ticarət və digər iqtisadi əməkdaşlığın sürətləndirilməsi yönündə məsələlər gündəmə gətirilib.

Məlumatda o da bildirilir ki, Putin bu gün Rusiya Təhlükəsizlik Şurasına da Türkiyə ilə terror məsələsində əməkdaşlıqla bağlı konkret tapşırıq verib. Bu tapşırıqla bağlı Rusiyadan Türkiyəyə öönəmli mesajların verildiyi də xəbərdə yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA