Fransada “erməni soyqırımı”nı tanımayanlar cəzalanacaq

img

30-06-2016 [16:59]


Fransa hökuməti "erməni soyqırımı” təkzibinin kriminallaşdırılması haqqında qanun layihəsinin mətnini təqdim edib.

Fransa hökuməti "erməni soyqırımı” təkzibinin kriminallaşdırılması haqqında qanun layihəsinin mətnini təqdim edib.

Bu barədə "Nouvelles d`Armenie” xəbər verir.

Məlumata görə, "Soyqırımların və bəşəriyyətə qarşı cinayətlərin təkzibinin kriminallaşdırılması haqqında qanunun layihəsi” Fransa Milli Məclisində müzakirə edilən bərabərlik və vətəndaşlıq haqqında qanun layihəsinin mətninə müvafiqdir.

Fransanın erməni təşkilatlarının koordinasiyası üzrə Şura hökumətin, Fransa prezidentinin qəbul etdiyi öhdəçiliyinə müvafiq olan bu təşəbbüsünü alqışlayıb.

"Ümidvarıq ki, qanun layihəsi artıq bu il qəbul ediləcək. Bu illərdə erməni icmasını dəstəkləyən bütün xadimlərin mütəmadi işini alqışlayırıq. Biz bütün parlament qüvvələrini razılaşdırılmış bu mətn ətrafında birləşdirməyə çağırırıq”, - Fransanın erməni təşkilatlarının koordinasiyası üzrə Şuranın bəyanatında deyilir.
Oxu.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA