Putin və köməkçisindən Türkiyəyə başsağlığı mesajı: "Baş əyirik..."

img

29-06-2016 [13:18]


Rusiya prezidenti Vladimir Putin İstanbulun Atatürk Hava Limanında baş verən qanlı terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.

Putin teraktla bağlı fikirlərini alman və rus uşaqların iştirakı ilə keçirilən tədbirdəki çıxışı zamanı bölüşüb: «Teraktın qurbanlarına üzüntümüzü çatdırır və başsağlığı veririk». 

Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov da terror hücumunda həyatını itirənlərə başsağlığı verib.

Puşkov «Twitter» hesabından verdiyi açıqlamada "Bütün dünyadakı terror hücumlarının qurbanları günahsız insanlardır. Rusiyadan İstanbul, Brüssel və Parisi anırıq. Başımızı əyirik. Başsağlığı veririk. Unutmuruq", -  deyə, bildirib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA