Fransada Qarabağ müzakirəsi - Lavrov səfərə getdi

img

28-06-2016 [14:47]


Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Fransaya səfər edir.

Modern.az-ın Rusiya KİV-nə istinadən xəbərinə görə, sabah, İyunun 29-da Lavrov fransalı həmkarı Loran Fabius ilə görüşəcəyi dəqiqləşib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, Lavrov və Fabiusun sabahkı görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq.

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransanın XİN rəhbərləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə iyunun 29-da keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. Vyana və Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılacaq".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA