"Ərdoğanla Putin danışacaq" - Baş nazir təzminat ödəyəcəklərinin anonsunu da verdi

img

28-06-2016 [10:22]


"Türkiyə Rusiyaya vurulan Su-24 təyyarəsinə görə təzminat ödəyə bilər".

Bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

"Proses faktiki olaraq başlayıb. Bu gün, sabah, bəlkə də, çərşənbə, bəlkə də cümə Putinlə prezident Ərdoğan arasında telefon danışığı baş tutacaq. 6 ayda baş verənlər baş verməmiş kimi qəbul edib, harada qalmışdıq elə oradan yola davam edəcəyik", - baş nazir bildirib.

Baş nazir deyib ki, Türkiyə tərəfi ötən gün Rusiyaya göndərilən məktubda təssüfünü ifadə edib:

"Gərək olarsa təzminat verəcəyimizi, münasibətlərin normala dönməsini arzu etdiyimizi ifadə edirik. Bu təktərəfli yox, qarşılıqlı iradədir". 

ANS


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA