Gürcüstanda ordu ilə bağlı yenilik - Məcburi çağırış ləğv edildi

img

27-06-2016 [11:59]


Bu gün Gürcüstanın müdafiə naziri Tina Xidaşvili illik məruzənin təqdimatı zamanı orduya məcburi çağırışın ləğv edilməsi barədə qərar imzalayıb

RİA Novosti xəbər verir ki, müvafiq qanun parlament tərəfindən qəbul edilməyib, lakin o elə bir yol tapıb ki, parlamentin qərarı olmadan bununla bağlı qərar verə bilsin.

"Mən buradaca, sizin qarşınızda orduya məcburi çağırışın ləğv edilməsi barədə qərarı imzalayıram, müvafiq olaraq, qərar qüvvəyə minir”, - Xidaşvili deyib.

Daha öncə Gürcüstanda orduya məcburi çağırışın 2017-ci ildən ləğv edilməsi nəzərdə tutulurdu.

Virtualaz.org


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA