AzTV-nin diktoru vəfat etdi...

img

25-06-2016 [12:45]


Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin diktoru iş başında dünyasını dəyişib.

Tanınmış diktor Bəxtiyar Şərifzadənin ötən gün axşam saatlarında iş başında qəfildən halı pisləşib. Dərhal təcili tibbi yardım çağırılıb. Lakin 55 yaşlı diktoru xilas etmək mümkün olmayıb.

"ANS Press” bildirir ki, ilkin məlumata görə, ölümə səbəb ürək tutması olub.

Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində də iştirak edib.

Bəxtiyar Şərifzadə Azərbaycan Dövlət Radiosunun 25 ildən artıq xidmət edib. 1988-cı ildən bəri radioda diktorluq edib.Mərhum bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA