23-06-2016 [21:08]
Arif Alışanov haqqında söylədiyi tənqidi fikirlərə görə cinayət təqibinə məruz qalan media mütəxəssisi, professor Qulu Məhərrəmli ona qarşı başlanmış məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz edib.
Jurnalist bu barədəki vəsatətini dünən Yasamal rayon məhkəməsinə göndərib.
Məhkəmədən Gununsesi.info-ya bu məlumatın doğru olduğunu təsdiqləsələr də, amma hələlik hər hansı qərarın verilmədiyini bildiriblər.
Bu haqda Gununsesi.info-ya danışan Qulu Məhərrəmli qeyd edib ki, vəsatətini BDU-nun əməkdaşı olması ilə əsaslandırıb: "Mütəxəssis qismində adları çəkilən xanımların heç birini şəxsən tanımıram. Amma onların layiqli insan, yaxşı dilçi və vicdanlı müəllim olmalarına da şübhə etmirəm. Sadəcə, burada xüsusi ittiham və cinayət təqibindən söhbət getdiyi üçün hər şey dürüst, ədalətli və şəffaf olmalıdır. 20 ilə yaxındır ki, BDU-da müəllimlik edirəm. Ona görə də eyni müəssisədə çalışan bir əməkdaşın başqa əməkdaş haqqında, xüsusən də ictimailəşmiş bir məsələ ilə bağlı rəy verməsi doğru deyildir. Ekspertiza haqqında qanun da buna yol vermir”.
Media eksperti "Siz mütəxəssis seçimində A.Alışanovun hər hansı müdaxiləsini görürsünüzmü?” sualına təsdiqləyici cavab verərək bildirib ki, AzTV rəhbərliyinin Dilçilik İnstitutundakı ötən aydakı biabırçı davranışı onu göstərir ki, qarşı tərəf ciddi-cəhdlə müsahibəmlə bağlı mənfi rəy almaq yürüşünə çıxıb: "Alışanov vəzifəsindən sui-istifadə edərək məhkəməyə və ekspertiza prosesinə mətbuata deyilməsi mümkün olmayan formalarda müdaxilələr etməyə çalışır. Ən pisi odur ki, neçə aylardan bəri başladığı qanunsuz hərəkətlərini və əsassız iddialarını "yuxarıların” mövqeyi kimi təqdim etməyə çalışır, halbuki onun bu məhkəmə avantürasını heç bir dövlət adamı dəstəkləmir”..
Xatırladırııq ki, Yasamal rayon məhkəməsinin müraciətinə əsasən, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əməkdaşları – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılova dilçi-mütəxəssis qismində linqvistik ekspertizaya cəlb ediliblər. Lakin sonradan məlum olub ki, Z.Şahbazovanın Alışanovlar ailəsi ilə şəxsi dostluq münasibətləri var. Digər mütəxəssis T.İsmayılova isə yaxşı müəllim kimi tanınsa da, dilçilik ixtisası üzrə elmi dərəcəsi yoxdur.
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Fəzail Ağamalı ilə bu tarixdə vida mərasimi keçiriləcək
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı - Zaur Axundova şok ittiham var
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq
Təxribatda ittiham olunan şərhçi sərbəst buraxıldı - Jurnalistlərin sualına cavabda geri çəkilmədi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sahibkarlıq sahəsində aparılan yoxlamalar... - Qadağa uzadıldı
YAP SƏDRİNİN MÜAVİNİ İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncam
Milyarderin belaruslu sevgilisinə miras buraxdığı sərvət: 100 milyon dollar nağd pul, malikənə, evlər və...
Lavrov: "Kürd məsələsini asan həll etmək mümkün deyil"
Rusiya XİN başçısı: "İranın gələcəyi ilə bağlı narahatıq"
Gözətçini döyə-döyə öldürən və daha sonra... - Klinika sahibinin oğu haqda hökm dəyişdi
Məşhur şərhçiyə cinayət işi açıldı - Bu sözünə görə
ABŞ-ın vitse-prezidenti Bakı və İrəvana niyə gəlir? - TƏHLİL
Yeni Baş nazir kollektivə təqdim edilib - Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən
Azərbaycan millisi yoxlama oyununu keçirib
Nazir onu rəis müavini təyin etdi
Tacikistan prezidenti İlham Əliyevə məktub göndərib - MƏTN
Qarşıdakı iki günün havası ilə bağlı - Xəbərdarlıq
O, həm deputatdır, həm rektor... - Qanun nə deyir?
Kürün sahilini zəbt edən villa: o kimindir? - FOTO