Rəsmi Moskvadan Türkiyəyə jest - Lavrov türk həmkarıyla görüşəcək

img

23-06-2016 [15:35]


Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə görüşə bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

O bildirib ki, nazirlərin görüşü Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısında baş tuta bilər: "Biz Türkiyə və Ukrayna da daxil olmaqla, bütün nazirləri dəvət etmişik. Hələlik cavab yoxdur. Hesab edirəm ki, bu həftə, uzağı gələn həftənin əvvəlində toplantıda kimlərin iştirak edəcəyi məlum olacaq”.

Nazir müavini qeyd edib ki, Qara Dəniz Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin toplantısının formatı ikitərəfli görüşləri nəzərdə tutmur: "Bu, çoxtərəfli meydançadır. Lakin nazir Sergey Lavrov hər zaman öz həmkarları ilə danışıb, görüşməyə hazırdır. Güman edirəm ki, türkiyəli nazir toplantıda iştirak etsə, bizim nazirimizlə danışmaq istəyəcək. Belə imkan olacaq və biz heç kəsdən qaçmırıq, gizlənmirik, hər kəslə danışırıq, hər bir danışıqlar üçün hər kəsə açığıq”. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA