Alman generallar və deputatlar ölkəyə buraxılmadı - Ərdoğandan sensasion qərar

img

23-06-2016 [14:59]


Türkiyə Almaniya Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri və Budestaqın bəzi üzvlərinin iyulda İncirlik hava bazasına planlaşdırılan səfərinə icazə verməyib.

Bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat katibi məlumat verib.

Bildirilib ki, Almaniya müdafiə nazirinin müavini Ralf Brauksiepe parlament nümayəndə heyəti ilə iyulda alman qoşunlarına baş çəkmək istəyib, lakin Bundestaq tərəfindən 1915-ci il hadisələrinin "soyqırımı” kimi tanınması ilə bağlı Berlin və Ankara arasındakı gərginliyə görə səfərə icazə verilməyib.

"Hazırda Türkiyə hakimiyyət nümayəndələri səfər planını təsdiqləmirlər. Səbəblə bağlı isə yazılı açıqlama yoxdur”, - deyə Müdafiə Nazirliyinin mətbuat katibi "Der Spiegel” nəşrinə bildirib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA