Tele-aparıcıya dövlət qurumunda vəzifə verildi

img

22-06-2016 [16:42]


Tanınmış telejurnalist Samirə Mustafayeva ANS TV-ə keçməsi ilə bağlı yayılan xəbərləri yalanlayıb.

ATV-nin keçmiş aparıcısı azvision-a açıqlamasında başqa bir telekanala keçmək fikrində olmadığını deyib. Telejurnalist bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcəyini deyib.

"Mən dövlət qurumlarının birində vəzifə almışam. Sentyabrda vəzifəm təsdiqlənəcək. Hələlik işə hazırlaşıram”. Jurnalist hansı dövlət qurumuna işə düzəlməsi ilə bağlı suala cavab vermək istəmədiyini deyib: "İşə başlayanda bu barədə açıqlama verəcəyəm”.

S.Mustafayeva ATV-dən ayrılmasının Vaqif Mustafayevlə boşanması ilə əlaqələndirilməsinə də münasibət bildirib. "Bu məlumatlarının heç bir əlaqəsi yoxdur. Mən sadəcə işimi dəyişmişəm. İnsanlar şayiə yayıb, danışmağı üstün tuturlar. Reallığa baxmaq lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA