Xədicə İsmayıl amnistiyaya düşüb - Elman Türkoğlunun iddiası üzrə

img

22-06-2016 [12:29]


Jurnalist Xədicə İsmayılova Elman Türkoğlunun ona qarşı iddiası ilə bağlı iş üzrə amnistiyaya düşüb.

Bu barədə vəkil Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, X.İsmayılova 2500 manat həcmində cəriməni ödəməkdən azad edilib(Lent.az).

Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

İyunun 21-də Binəqədi Rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası şöbəsində X.İsmayılovanın amnistiyaya düşməsi barədə sənədi ona təqdim ediblər.

Buna baxmayaraq, jurnalist bəraət almaq niyyətindədir. X.İsmayılın kassasiya şikayətinə iyunun 28-də Ali Məhkəmədə baxılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA