Rusiya və ABŞ qırıcılarının “it boğuşdurması” - “Los Anceles Tayms” qəzeti detalları açdı

img

21-06-2016 [14:27]


Rusiyanın ötən həftə İordaniya sərhədində yerləşən Tanfa bölgəsində ABŞ-ın dəstəklədiyi Suriya müxalifətini vurmasının bəzi detalları üzə çıxıb.

"Los Anceles Tayms” qəzeti xəbər verir ki, sözügedən hadisə zamanı Rusiya və ABŞ qırıcılarının "it boğuşması” etdikləri bəlli olub.

Qəzetin yazdığına görə, Rusiyanın bombardmanından sonra ABŞ-ın F-18 qırıcıları havaya qalxıb. F-18-lər Rusiyanın Su-34 bombardmançılarına yaxınlaşdığı zaman ABŞ Mərkəzi Komandanlığı təcili xətt vasitəsilə Rusiya ordusunun rəsmiləri ilə əlaqə yaradıb. ABŞ-ın qırıcılarını görən rus pilotlar bölgədən uzaqlaşıb. Bir müddət sonra ABŞ qırıcılarının yanacağı tükənib və onlar da bölgəni tərk edib. Bunu görən Rusiya pilotları ikinci dəfə əraziyə qayıdaraq, müxalifləri bombalayıb.

Qeyd edək ki, iyunun 16-da Rusiya İordaniya sərhədindəki Tanfa bölgəsində Suriya müxalifətini vurub(Axar.az). 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA