"Ehtiyatla qeyd edə bilərəm ki,..." - Nalbandyandan prezidentlərin görüşünə reaksiya

img

20-06-2016 [23:40]


Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünü müsbət qiymətləndirib.

"RİA Novosti" agentliyi xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda jurnalistlərə açıqlamasında deyib.

"Bugünkü görüş olduqca faydalı oldu və müəyyən ehtiyatla qeyd edə bilərəm ki, konstruktiv atmosferdə keçirildi", – deyə, E.Nalbəndyan bildirib.

O, həmçinin görüşlərin yalnız prezident səviyyəsində deyil, həm də XİN  rəhbərləri səviyyəsində davam etdiriləcəyini vurğulayıb: "Bütün proseslər ATƏT-in Minsk qrupu formatında həyata keçiriləcək".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA