"Nazir mənə zəng elədi, dedi ki..." - Abid Şərifovdan sökülən abidələrlə bağlı açıqlama (VİDEO)

img

19-06-2016 [15:21]


Baş nazirin müavini Abid Şərifov Sovetskidə sökülən abidələrlə bağlı açıqlama verib.

ANS TV-yə müsahibəsində o, aparılan söküntü işlərinin qanun çərçivəsində həyata keçirildiyini və tariximizə kifayət qədər hörmət edildiyini bildirib. 

Bundan əlavə, o, qeyd edib ki, bəzi tarixi abidələr qorunub saxlanacaq, bərpaya ehtiyacı olanlar isə təmir olunaq.

"Bu abidələr siyahıdan çıxarılıb. Bu rəy nəticəsində olub, kiminsə özbaşınalığının nəticəsi deyil. Həmin abidə ev kimi qeydə alınmışdı. Sonra mənə Əbülfəs müəllim zəng etdi (Mədəniyyət naziri- red.) və dedi ki, bu qədim hamamdır. Nəticədə biz onu siyahıdan çıxartdıq, onu gələcəkdə restavrasiya edə bilərik. 

O ki qaldı Abbas Mirzə Şərifzadənin evinin sökülməsinə, bu haqda söhbət yoxdur" - deyə, Abid Şərifov bildirib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA