Azərbaycanın Dağıstanla sərhədində yaraqlıların sığınacağı aşkarlandı - Ruslar əməliyyata başladı

img

16-06-2016 [16:33]


Dağıstanın cənubunda silahlı toqquşma qeydə alınıb.

Mia.az ANS-ə istinadən xəbər verir ki, hadisə Süleyman-Stalski rayonunun meşə massivində baş verib.

Polislər burada silahlıları aşkar etdikdən sonra onlar arasında atışma başlayıb. Məlumata görə, Kasumkent kəndi yaxınlığında silahlıların sığınacağı aşkar olunub. Polis ərazini zirehli texnika ilə mühasirəyə aldığı zaman yaraqlılar atəş açıb.

Nəticədə polis cavab atəşi açıb. Sığınacaqda olan silahlıların sayı hələlik bilinmir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA