Donald Tramp Putini təriflədi: "Ondan ehtiyatlı olun!"

img

16-06-2016 [12:32]


Respublika partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən amerikalı milyarder Donald Tramp son illərdə Rusiya Silahlı Qüvvələrinin gücləndiyini, rus nüvə arsenalının Amerika nüvə arsenalından daha mükəmməl olduğunu hesab edir.

TASS xəbər verir ki, bu barədə Tramp (Corciya ştatı) şəhərində çıxışı zamanı bildirib. 

"Düzünü desəm, Vladimir Putin Rusiya hərbi qüvvələrini dəfələrlə gücləndirib. Onların hərbi qüvvələri daha güclüdür. O, (Rusiya prezidenti) nüvə silahı ilə məşğul olur, biz isə heç nə ilə”, - Tramp vurğulayıb. 

"Bizim nüvə silahımız köhnədir, onun silahı isə eşitdiyimə görə yenidir. Yaxşısı budur, ehtiyatlı olun”, - Tramp bildirib.

AzVision.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA