Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət etdi - Bank fırıldağından

img

01-06-2016 [12:52]


Əməkdar artist Yaqub Zurufçu prezident İlham Əliyevə müraciət edib.

Əməkdar artist müraciətində bankda batan əmanətlərinin qaytarılması üçün prezidentdən kömək istəyib: "Amerika Birləşmiş Ştatlarından vətənimizə köçmüşəm. Bakıya gələndə əlimdə olan 250 000 dollar məbləği "Royal Bank"a əmanət qoydum. Bank bağlandıqdan sonra qoyduğum əmanət də bankda həbs olundu. Bakıda qərib olduğumdan və heç bir yerdə işləmədiyimdən maddi durumumu da heç kəsə deyə bilmərəm. Məsələylə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm, amma heç bir nəticəsi olmayıb. Xahiş edirəm bu məsələyə diqqət göstərəsiniz”.

AzNews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA