Leyla Əliyeva Londonda sərgidə - FOTOLAR

img

26-05-2016 [11:24]


Mayın 25-də Londonda IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə "Canlı həyat” (Live Life) adlı sərgi açılıb.

IDEA-dan Mia.az-a verilən məlumata görə, sərginin açılışında IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Ekspozisiyada IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın, rəssamlar Rahim Çopurov, Nailə Sultan, Culian Melkiori, Məryəm Ələkbərli, Ləman Həsənova, Nok Kural, videoqraf Timur Özdəmirov və fotoqraf Teo Allofzun əsərləri nümayiş olunur. Sərgi iyunun 26-dək davam edəcək.





Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA