31 dindarın məhkəmə istintaqı yekunlazdı

img

06-04-2010 [04:23]


Aprelin 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə təqsirləndirilən 31 azərbaycanlıdan ibarət dəstənin məhkəməsi davam edib. Hakim Azər Orucov məhkəmə istintaqının yekunlaşdığını elan edib. Prokuror çıxış üçün aprelin 20-dək vaxt istəyib. Həmin tarixdən məhkəmə çıxışlarına başlanılacaq. Dəstə üzvləri qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratmaqda, terrorçuluğa cəhddə, qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etməkdə və həmin qurğuları hazırlamaqda, quldurluqda, silah qaçaqmalçılığında, qəsdən adam öldürməyə cəhddə, qanunsuz yolla avtomobil ələ keçirməkdə, dövlət sərhədini qanunsuz keçməkdə, narkotik vasitələrdən istifadədə təqsirləndirilirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA