Bakıda ?Kamaz? sərnizin avtobusu ilə toqquzub, ölən və xəsarət alanlar var

img

05-04-2010 [12:26]


Bu gün səhər saat 08:00 radələrində Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. Əvvəlcə ?Kamaz? markalı avtomobil ?Volqa Qaz-24? markalı avtomobillə toqquşub. Daha sonra ?Volqa? markalı avtomobil qarşı tərəfdən gələn 86 saylı sərnişin avtobusu ilə toqquşub. Nəticədə, ?Qaz-24?ün sürücüsü hadisə yerində kecinib. "Qaz-24"ün sərnişi Reyhan İsgəndərova və 86 saylı avtobusun sərnişini Nigar Seyfullayeva isə qəza nəticəsində xəsarət alıblar. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hər iki sərnişin ilkin tibbi müayinədən sonra evə buraxılıb(anspress). Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA