Tağı Əhmədov bir dilim şiriniyyata 70 manat ödədi - FOTO

img

13-05-2016 [17:30]


Həmişə maraqlı açıqlamaları, hərəkətləri, çox vaxt isə jurnalistlərə qarşı kobudluğu ilə gündəmə gələn Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bu gün uzun müddət davam edən susqunluğunu pozub. 

Onun bu gün məktəblilər qarşısında etdiyi jest şagird və valideynlərin təəccübünə səbəb olub.

Mia.az criminal.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində yerləşən P.Nəzərov adına 60 saylı tam orta məktəbin təşkil etdiyi xeyriyyə yarmarkasına qatılan T.Əhmədov balaca məktəblinin satdığı şirniyyatı gözlənilməz qiymətə alıb. Məktəbin ``2 ç`` sinif şagirdi Fidan İbadovanın satdığı 1 dilim piroqa 70 manat pul verib. Keçmiş rəisin bu addımı məktəbli üçün adi olsa da, orda olan insanlar maraqla qarşılayıb. 



Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA