Qazaxda 14 yazlı qız zagirdi özünü asıb

img

03-04-2010 [02:04]


Qazax rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, dünən saat 16.00 radələrində rayonun Qarapapaq kənd sakini, 14 yaşlı Aytac İmanova özünü alma ağacından asaraq intihar edib. Onun meyidini ağacdan asılmış vəziyyətdə xalası Tükəzban Şəmilova tapıb. Xalası ilə yaşayan 9-cu sinif şagirdinin intihar səbəbi məlum deyil. Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA