Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb(YENiLƏNiB)

img

31-03-2010 [06:14]


Bu gün Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb. "Həzi Aslanov" - "Azadlıq Prospekti" istiqamətində hərəkət edən qatar "28 May" - "Nizami" metrostansiyaları arasında tuneldə dayanıb. Bakı metropolitenində qatarların hərəkəti bərpa olunub. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Növbətci hissədən verilən məlumata görə, qatar 20 dəqiqəyə yaxın tuneldə qalıb. Hadisəyə səbəb isə həmin istiqamətdə elektrik gərginliyinin aşağı düşməsi olub. "Bakıelektrikşəbəkə" bu gün Bakı Metropolitenində baş vermiş nasazlıqla bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, "Həzi Aslanov"- "Azadlıq prospekti" qatarının hərəkətində elekrtik enerjisi təchizatında yaranan problem Bakı Metropoliteninin 825 voltluq sabit cərəyan dövrəsində texniki nasazlığın baş verməsi ilə əlaqədardır. Problem qısa müddət ərzində aradan qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA