Məhkəmə polis mayorunu 3 illik həbsə məhkum etdi

img

30-03-2010 [02:42]


Martın 30-da Yasamal Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis mayoru Emin Əhmədbəyova hökm oxunub. Polis mayoru cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Emin Əhmədbəyov ötən il dekabrın 1-də Bakının Mətbuat prospektində yol polisi müfəttişi Məhərrəm Qurbanova xəsarət yetirməkdə təqsirləndirilib. Polis mayoru ibtidai istintaqda və məhkəmədə özünü təqsirsiz bilib və iddia edib ki, onun həbsi sifarişlidir. Onun məhkəmədəki çıxışlarına görə, əslində, həbsinin əsl səbəbi vətəndaşlıqdan imtina etmək üçün prezidentə iki dəfə müraciət etməsi və Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməsi olub. Emin Əhmədbəyov 2003-cü ildə daxili işlər orqanından xaric edilib. 2006-cı ildə işə bərpa olunub və ona mayor rütbəsi verilib. O isə işsiz qaldığı 3 illik məvacibini tələb edib. Tələb Azərbaycan məhkəmələrində təmin olunmadığından Avropa Məhkəməsinə şikayət göndərib, prezidentə haqlarının tapdanması və vətəndaşlıqdan imtina etməsi barədə iki dəfə müraciət edib. Emin Əhmədbəyovun vəkili AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA