23-04-2016 [19:33]
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin daha bir əsəri işıq üzü görüb.
Mia.az xəbər verir ki, 1990-cı ilin 20 yanvar olaylarına işıq tutan əsərdə yazar gördüklərini, yaşadıqlarını, eyni zamanda geniş ictimaiyyət tərəfindən bilinməyən gerçəkləri oxucuya təqdim edir.
Əsərin qəhrəmanı rolunda çıxış edən müəllif həmin günlərdə Bakı Baza Energetika Texnikumunun tələbəsi, Azərbaycan Xalq Cəbhəsinin üzvü kimi Bakıdakı Salyan kazarmaları ətrafında dostlarıyla növbə çəkməsi, 20 yanvar ərəfəsində və sonrakı günlərdə etdiyi müşahidələri bir tanıq (şahid) ifadəsi kimi qələmə alıb.
Əsərin qəhrəmanı Azər öz başına gələnləri, eləcə də dostlarının yaşadıqlarını bədii dillə oxucuların mühakiməsinə buraxır.
"Mən tanıqlıq edirəm” adlı bəlgəsəl-romanda oxucu eyni zamanda yanvarın 17-dən başlayaraq ölkənin quzey qapısı sayılan Xaçmaz rayonunun Xudat dəmiryol stansiyasında yerli əhalinin Bakıya yeridiləcək əlavə əsgər qüvvəsi və hərbi texnika gətirən qatarı dayandırıb geri qaytarmasından xəbər tutacaq.
Bütün qəhrəmanları gerçək şəxslər olan əsər "Qanun” Nəşrlər Evində 500 nüsxə tirajla dərc edilib.
Kitabın redaktoru şair, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucu başqanı Əkbər Qoşalı, fotolarının müəllifi isə tanınmış fotoqraf, o günlərin canlı şahidi olmuş Rasim Sadıqovdur.
Qeyd edək ki, bu roman Azər Həsrətin 2-ci əsəridir.
2012-ci ildə dərc edilmiş "Bir əsgərin yaşantıları” adlı ilk romanında müəllif əsgərlik çəkdiyi Almaniyada yaşadıqlarını qələmə almışdı.

Kitabın üz və arxa qabığı
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı