Bakı zəhər Prokurorluğu və Baz Polis idarəsi müvəqqəti saxlanma təcridxanasında baz verən intiharla bağlı birgə məlumat yayıb

img

29-03-2010 [08:16]


Bakı şəhər Prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında baş verən intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilir ki, martın 23-nə keçən gecə Bakı şəhər sakini Seyfəddin Abbasova naməlum şəxs tərəfindən bıçaqla ağır xəsarət yetirilməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlanılmış cinayət işi üzrə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayətdə şübhəli qismində Cəlilabad şəhər sakini Ceyhun Zərbəliyev saxlanılıb. İstintaqla müəyyən edilib ki, Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun həyat yoldaşı Sədaqət Abbasovanı hələ uşaq yaşlarından tanıyıb, Cəlilabad şəhərində qonşu olublar. 2009-cu ilin iyun-avqust aylarında, Sədaqət Abbasova Cəlilabadda olarkən, əri ilə soyuq münasibətdə olduğunu Ceyhun Zərbəliyevə bildirib və bundan sonra onlar müntəzəm telefon əlaqəsi saxlayıblar. Bu əməllər Sədaqət Abbasova Bakıya qayıtdıqdan sonra da davam etmiş və biri-birlərinə müxtəlif məzmunda mesajlar göndəriblər. Seyfəddin Abbasov mesaj göndərənin Ceyhun Zərbəliyev olduğunu öyrənib ona zəng etmiş, lakin sonuncu tərəfindən təhqirə və hədə-qorxuya məruz qalıb. Martın 22-də saat 24.00 radələrində isə Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun Bakıda yaşadığı mənzilə gəlib həyat yoldaşının, bacısının və azyaşlı uşaqlarının yanında münaqişə yaradaraq bıçaqla qarın nahiyəsinə ağır xəsarət yetirib. Ertəsi gün Ceyhun Zərbəliyev polis əməkdaşları tərəfindən yaxalanıb, həmçinin cinayətin aləti olan gizlətdiyi bıçaq tapılaraq müvafiq qaydada sənədləşdirilib. O, istintaq prosesində törətdiyi cinayət əməlini tam etiraf edib. Barəsində rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilməklə C. Zərbəliyev martın 24-də saat 18.00 radələrində Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasına göndərilib. Martın 25-i saat 01 radələrində təcridxananın əməkdaşları, C. Zərbəliyevin özünü əynindəki idman gödəkcəsinin parçasından istifadə etməklə tək saxlanıldığı kameranın pəncərəsinin dəmir barmaqlığından asaraq intihar etdiyini aşkarlayıblar. Dərhal hadisə yerinə dəvət olunmuş rayon prokurorluğunun əməkdaşları hal şahidlərinin iştirakı ilə intiharın baş verdiyi yerə və meyitə baxış keçiriblər. İlkin xarici baxış, həmçinin Məhkəmə-Tibbi Ekspertizası Birliyinin Nəsimi rayon şöbəsi tərəfindən Ceyhun Zərbəliyevin meyitinin qohumlarının iştirakı ilə müayinəsi zamanı mərhumun boyun nahiyəsində özünü asma nəticəsində əmələ gəlmiş xarakterik şırımdan başqa bədənində hər hansı digər xəsarət əlaməti aşkar edilməyib. Bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb, cinayət işinin istintaqı davam etdirilir. Eyni zamanda, fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti təhqiqatın nəticələrinə görə, qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən sayıqlığı itirən Müvəqqəti Saxlama Təcridxanasının hadisə baş verdiyi gün növbədə olmuş 3 əməkdaşı daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:28 14.06.2025

Bu gün “Son zəng”dir