Bakıda sərbəst güləzçini qətlə yetiriblər

img

26-03-2010 [12:47]


Ötən gecə Bakının Binəqədi rayonunba qətl hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, Füzuli rayonundan olan məcburi köçkün 29 yaşlı Elşən Valeh oğlu Musayev bıçaq yarası ilə xəstəxanaya gətirilib. Qaraciyər nahiyəsindən müxtəlif dərəcəli kəsilib-deşilmiş xəsarətlər alan E.Musayev əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. E.Musayev sərbəst güləşlə məşğul olurmuş. Binəqədi Rayonu 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Biləcəri qəsəbə sakini 22 yaşlı Cavid Cümə oğlu Ramazanov saxlanılıb(anspress). Hazırda faktla bağlı Binəqədi Rayon Prokurorluğunda AR CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA