Dindarların izi üzrə ibtidai istintaq sona çatıb

img

25-03-2010 [03:46]


Fevralın 13-də Bakıda icazəsiz aksiya zamanı həbs edilən 5 nəfər dindarın işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Fəxrəddin Mehdiyevin verdiyi məlumata görə, bayram günləri başa çatdıqdan sonra iş materialları Yasamal rayon məhkəməsinə göndəriləcək. Müttəhimlərə qarşı CM-in 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələrilə ittiham irəli sürülüb. Təqsirləri sübut olunarsa, müttəhimləri 7 ilədək həbs cəzası gözləyir. Vəkil dindarlara qarşı irəli sürülmüş ittihamları əsassız hesab etdiyini bildirib. Fevralın 13-də bir qrup dindar icazəsiz aksiya keçirib, aksiyaya polis müdaxiləsi zamanı dindarlarla hüquq-mühafizə orqanlarının nümayəndələri arasında insident yaranmışdı. Həmin vaxt 200-ə yaxın dindar ?Sultanəli məscidindən Şəhidlər Xiyabanına yürüş edib. Onlar Məhəmməd peyğəmbərin vəfatı gününü qeyd edirdilər. Dindarlarla polis arasındakı qarşıdurmada 15-ə qədər dindar saxlanılmışdı. Onlardan 10 nəfərinə müxtəlif müddətli inzibati cəzalar verilmişdi, 5 nəfər barəsində cinayət işi qaldırılmışdı. -

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA