08-04-2016 [16:13]
Əməkdar artist Rəhman Rəhmanovun qızı Rəhilə Rəhmanovanın dünyaya gəlmiş 2 günlük qız övladının ölümü qalmaqala səbəb olub.
"Qafqazinfo”ya açıqlama verən aktyorun həyat yoldaşı Ulduz Rəhmanova nəvəsinin ölümündə həkimləri ittiham edib.
Ulduz Rəhmanova bildirib ki, həkimlər doğuş zamanı onun qızının üstünə qışqırıblar, hətta vuraraq əziyyət veriblər:
"Qızımın səhhəti yaxşı deyil, əsəbləri pozulub, ağrıları çoxdur və demək olar ki, gəzə bilmir. Nəvəmin ölüm səbəbini bizə açıqlamırlar. Vəziyyətdən xəbərimiz yoxdur, onun nə səbəbdən öldüyünü də bizə demirlər. Doğuş Bayılda yerləşən 5 saylı doğum evində olub (Şamama Ələskərova adına Kliniki Doğum Evi ), həkimi Əzizə xanım idi. Biz həkimlə əvvəlcədən danışmışdıq ki, xəstəni o qəbul edəcək. Getməmişdən qabaq qızı yoxladı, hər şey əla idi. Doğuş zamanı qızım 10 saat zülm çəkdi, bilmirəm başına nə oyun açdılar. Vurublar, əziyyət veriblər. Uşağı ölü çıxarıblar. Uşağı necə zədələdikləri barədə məlumatımız yoxdur. Bir onu deyə bilərəm ki, axırıncı gün uşağın başı gömgöy idi. Başa düşdük ki, körpənin beyni zədələnib. Əvvəlcə bizə ümid verdilər ki, uşaq yaşayacaq. Nəticə isə belə oldu”.
Rəhilə Rəhmanovanın anası sözügedən Doğum Evinin anti-sanitar şəraitdə fəaliyyət göstərdiyini iddia edir:
"Məhkəməyə müraciət etmək fikrində deyiləm. Sadəcə olaraq sözügedən xəstəxananın yaxşı olmadığını söyləyirəm. Elə bil qədimdən qalma hospitaldır. Heç kəs heç kəsə baxmır. Xəstələr qışqırırlar, yaxın duran yoxdu. Onlarla söyüşlə danışırlar. Belə şey olar? Onsuz ana doğuş vaxtı stress keçirir. Xəstələrlə mehriban davranmaq lazımdı. Gələcək anayla davranış başqa cür olmalıdır. Doğum evinin baş mamaçası var, adı Elmira xanımdır. O xanımın heç bir günahı yoxdur. Elmira xanım bizim tanışımız olduğuna görə, yaxşılıq edib, bizi həkimlə tanışdırıb. Onu işdən çıxarıblar. Nəvəmin ölümündən sonra hər şey ortaya çıxdı. Bunu işdən çıxaran ginekoloqa niyə cəza vermir? Sözügedən xanımın nə günahı?”.
"Qafqazinfo” məsələ ilə bağlı Şamama Ələskərova adına Kliniki Doğum Evinin həkimi Əzizə xanımla əlaqə saxlayıb. İttiham olunan şəxs mövzu ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rektorun kürəkəninə bu qurumda yüksək vəzifə verildi
Bakıda dəhşətli qəza: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb - VİDEO
Sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları dəyişib - DİN-dən qərar
İlham Əliyevlə Pakistanin Baş naziri arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
Sabah Bakıda yağış yağacaq, rayonlarda isə...
Xırdalanda obyektlər Heydər parkını sürətlə "işğal" edib: bəs camaat neyləsin? - Ekspert həyəcan təbili çalır
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
Jurnalist komitənin "tədbir siyahısı"na etiraz etdi: "Sahəyə aid olmayan QHT-lər..." - "Məqsəd nədir, təbii ki, pul silməkdir"
Azaraq Azərbaycan ərazisinə keçən iki yeniyetmə erməni geri verilib
45 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlanıb
Tovuzda dəhşətli ailə dramı: oğul anasını öldürdü, bacısıını isə...
Bayram namazı qılınıb
Gəncədə 15 yaşlı uşaq azyaşlını bıçaqlayıb
Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub
Bu gün Azərbaycanda Qurban bayramıdır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Buraxılış imtahanının nəticələri elan olunub
Toyda döyülən şəxs ölüb
"İnter" klubu yarımmüdafiəni transfer edib
İnzaqi "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb
Türkiyədə biznesmen güllələndi - Küçənin ortasında (FOTO)
Donald Tramp və Çin lideri telefonda müzakirə aparıblar
Qəzzada savaş: 18 fələstinli həlak olub
Məhkəmə işi: Oleq Bakinskiyə nə qədər cəza tələb olunub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
Ölkədən çıxışına qadağa qoyulanlara SMS göndəriləcək
“Sea Breeze”nin həyətində çayxana tikiləcək
Şimali Koreya lideri: "Biz bütün gücümüzlə Rusiyanın yanındayıq"
Pirquluda zəlzələ olub
Qazaxda ağır qəza: cinayət işi açılıb
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Sabahdan Bakıda leysan olacaq - Xəbərdarlıq
HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: "Oturub izləyirəm ki, bir az da məşhurlaşım" - Rəsmi araşdırma başladı VİDEO (Yenilənib)
Yeni təyin olunan hakimlər and içiblər - FOTO
Qəzzada daha 3 jurnalist həlak olub
PKK terrorçuları təslim olub
"Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanıma gələn də yoxdur"
"Şərurlu İsfəndiyar" hakim qarşısında: 40-a yaxın məhkəmə işi var - "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib?"
Məhkəmə işi: "Zeynal Usubovla dost olmuşam, ortaq biznesimiz olub"
Tramp "Harvard"dan əl çəkmir: Əcnəbi tələbələrin vizaları dayandırılıb - Uniiversitet prezidenti qisasçılıqda günahlandırdı
Gədəbəydə 74 yaşlı qadına qarşı zorakılıq törədilib - İki qurum birgə məlumat yaydı
Rəsmi Bakı Danimarkanı təbrik edib
İlham ƏIiyev: "Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır"
Sabah yağış yağacaq