30-03-2016 [14:45]
Fevralın 25-də yaşadığı mənzildə qəflətən dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın 40 mərasiminə bir neçə gün qalıb. Aprelin 4-də baş tutacaq 40 mərasimindən öncə mərhumənin vəkili Elmira Məmmədova lent.az-a müsahibə verib.
O, müsahibəsində bir çox qaranlıq məqamlardan danışıb.
- Elmira xanım, İlhamə Quliyevanın qohumları ilə oğlu arasında miras mübahisələri nə yerdədir?
- İlk öncə onu deyim ki, mən İlhamə Quliyevanın vəkilindən savayı, onun ən yaxın adamlarından biri olmuşam. Onun ölümü mənim üçün çox gözlənilməz oldu. Mirası üstündə dava isə onun nəşi evə gəlməmişdən öncə başlayıb. Həmin dava bu gün də davam edir. Bildiyiniz kimi İlhamə xanımın bütün mirasına həbs qoyulub. Orxanın əlindən hər şeyi alıblar. Mən il yarım idi ki, İlhamə xanımgilə gedib, gəlmişəm. Amma qohumlarının olduğunu heç bir zaman dilindən eşitməmişəm. Mən İlhamə xanımdan dəfələrlə soruşmuşam ki, bacıdan və ya qardaşdan nəyiniz var? Dedi ki, oğlumdan, nəvəmdən başqa heç kimim yoxdur. İndi başa düşə bilmirəm ki, niyə qohumlarının hamısı ayağa qalxıb? İlhamə xanım düz iki ay yarım xəstəxanada yatdı, amma heç bir qohum-əqrəbasını orda görmədim.
- Konkret olaraq İlhamə Quliyevanın hansı qohumları miras davası edir?
- Əsas iki bacısı, dayısı oğlu və Əli Mirəliyev. İnana bilmirəm ki, İlhamə xanım vərəsəlik qoymayıb. Məncə, vərəsəlik yazıb. Çünki İlhamə xanım ölən gün mən onlara getdim, gördüm ki, qohumları evdə sənəd axtarırlar. Hətta həmin gün Orxanı kənara çəkib dedim ki, bunlar kimdi? Orxanın doğma bacısı da yanımda idi. Ondan da soruşdum. Mənə elə gəlir ki, İlhamə Quliyevanın qohumları vərəsəlik kağızını tapıb, yox etmək istəyirdilər.
- Vəkil Habil Vəliyev açıqlama verib ki, xalq artistinin yaşadığı mənzil yalnız cümə axşamları keçirilməsi üçün açıq olur. Daha sonra Orxan bəy açarları təhvil verir...
- Habil müəllimin nə dediyini deyə bilmərəm, amma İlhamə xanımın qapısı bağlanmamalı idi. Amma eşitdiyim bir məlumatı da ilk dəfə sizə demək istəyirəm ki, İlhamə Quliyevanın bacısı Gülbahar artıq xalq artistinin yaşadığı evdə yaşayır. Bu, mənim eşitdiyim bir məlumatdır. Amma anlaya bilmirəm ki, Gülbahar xanım bu günə qədər harda idi? Hər kəs bilir ki, İlhamə Quliyevanın oğlu Orxan Nadirovdur. Amma qanunlarımıza inanıram. Məhkəmədə hər şeyə aydınlıq gələcək.
- İlhamə Quliyevanın mirası nələrdir?
- İki bağı var. Biri Mərdəkanda dövlət tərəfindən verilmiş, digəri isə Buzovna yolunun üstündə. 50 sot sənədli torpağı olub. Bakının mərkəzində 4 evi var. Onlardan biri vaxtı ilə Tükəzban xanımın İzmir küçəsində yaşadığı evdir. Nəvəsinə də ev almışdı. Hətta ölməmişdən qabaq mənə evlərin açarını göstərdi. Dedi ki, nəvəm Ruslana 2 otaqlı ev almışam. Ad günündə özünə təqdim edəcəm. Bundan başqa, onun 2 maşını var. Biri "İnfiniti” digəri isə "Luimizin”. Çox sayda da qızıl-zinət əşyaları var.
- Vərəsəliklə bağlı İlhamə xanımla söhbətiniz olmuşdu?
- Hə, bir dəfə bu barədə danışdım, dedi ki, hələ mən ölmək istəmirəm. 30-40 il yaşayacam. Sonra söylədi ki, bir vəkillə danışmışam, vərəsəliyimi kimə verəcəyimi ona demişəm.
- Yəni Orxana vərəsəlik verməyib?
- Hər zaman mənə deyirdi ki, nəyim varsa, oğlumla nəvəmindir. Bir dəfə də olsun bacılarının və ya digər qohumlarının adını çəkmədi.
- Bir çoxları iddia edir ki, Orxan Nadirov qanunla İlhamə Quliyevanın oğlu sayılmır.
- Orxan İlhamə Quliyevanın oğlu deyilsə, bəs hamı niyə ona başsağlığı verir? Bəs niyə bütün mətbuat onu İlhamə Quliyevanın oğlu kimi təqdim edir? Orxan İlhamə Quliyevanın oğludur. Miras da ona qalmalıdır. Bəziləri çıxıb deyir ki, İlhamə xanım Orxanı çox istəmirdi. İstəmirdisə, bəs niyə iki dəfə toy edirdi? Biri də çıxdı dedi ki, miras əsgərlərə və ya kimsəsizlərə qalsın. Bu, düzgün deyil.
- İlhamə xanımın bacıları vərəsəliklə bağlı özlərinə vəkil tutublar?
- Yəqin ki, hə. İlhamə Quliyevanın bu boyda var-dövləti qalıb. Heç boş-boşuna buraxarlar?
- Xalq artistinin ölümündən sonra müğənni Əli Mirəliyev də mətbuata bir çox açıqlamalar verdi. Hətta iddia edildi ki, o da miras davasına çıxıb.
- Əli müəllimin hərəkətlərindən başım çıxmır. Amma o da açıq-aşkar miras davasına çıxıb.
- Amma özü bu iddiaları rəd edərək bildirmişdi ki, onun İlhamə Quliyevanın mirasında gözü yoxdur.
- Əgər mirasda gözü yoxdursa, niyə aləmi bir-birinə qatıb? Onda çəkilsin kənara. Desin ki, nə varsa, Orxanındır. Bəs bunu niyə etmir? Əli İlhamə Quliyevanın dayısının qızının yoldaşıdır. İlhamə Quliyevanın qohumu deyil.
- Bir müddət öncə mətbuatda dərc olunmuşdu ki, Orxan Nadirov cinayət məsuliyyətinə cəlb edilə bilər.
- Orxanla bağlı Binəqədidə aparılan işlə bağlı deyirsinizsə, orada çox sirlər, söhbətlər var. Hazırda iş aparılır, istintaq gedir. Lazım gəlsə, mən bu barədə açıqlama verəcəyəm. Həbs olunma xəbərinə gəldikdə isə, niyə İlhamə Quliyevanın oğlu həbs edilməlidir?
- İlhamə Quliyevanın ölümündən sonra bir çox tanınmışlar sosial şəbəkədə xalq artisti barəsində tənqidi şərhlər yazdılar.
- İlhamə xanım sağ olanda niyə çıxıb sözlərini demədilər? Öləndən sonra bəzi şou əhli ayağa qalxıb. Çünki bilirlər ki, ölülər danışmır. İlhamə Quliyevanın ölümünə sevinənlərin cavabını bircə Nadir Qafarzadə verdi. Bir də onu deyim ki, əlimdə bir çox faktlar var. 40 mərasimini gözləyirəm. 40-dan sonra bir çox məsələlərin üstünü aça bilərəm. Amma mən hələ kənardan baxıram. Mənim əlimdə istintaqa da məlum olmayan faktlar var.
- Orxan Nadirov barəsində?
- İstər Orxan barədə, istərsə də İlhamə xanım barədə bir çox məqamları bilirəm.
- İlhamə Quliyevanın mirası qohumları arasında bölüşdürülə bilərmi?
- Bəli, ehtimal var ki, İlhamə xanımın mirası qohumlar arasında da bölüşdürülə bilər. Amma biz görmüşük ki, valideyn ölər, miras övlada qalar. Bu işlə vəkil Habil Vəliyev məşğul olur.
- İlhamə Quliyevanın mirası nə qədər dəyərləndirilə bilər?
- 2 milyon olar.
General Mais Bərxudarov uzun müddət sonra göründü - FOTO
Prezident Gəncədə: Anım Günü qeyd edildi, Memorial Kompleksi, Avtoparkın, stadionun açılışları oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Yevlaxda - Açılış + FOTOLAR
Azərbaycanda bir dəqiqəlik sükut olub
Ombudsman bəyanat yaydı - MƏTN
Prezident İlham Əliyev ABŞ-dan Vətənə dönüb
Azərbaycan xalqı Anım gününü qeyd edir - Dövlət və hökumət rəsmiləri Zəfər parkında + FOTOLAR (YENİLƏNİB)
Azərbaycan nefti 74 dollara satılır
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım - FOTO
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - FOTO
Bu gün ANIM GÜNÜdür
Lamine Yamalın keçmiş sevgilisindən şok iddia: "Onun seksual qızlardan ibarət "ordu"su var, qrafikə uyğun..."
Mauro İkardi qol atdı, "Qalatasaray" qalib gəldi
Ərdoğan Britaniyanın Baş naziri ilə müzakirə aparıb - Telefonda
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
İsrail ordusu Qəzzaya 140-dan çox hava zərbəsi endirib
"50 qəpik Anar Rzayevin özü üçün azdır, millət üçün az deyil axı" - Deputat AYNA sədrinə etiraz etdi
Sabah hava necə olacaq? - Proqnoz
Fuad Rəfiyev müşavir təyin edilib
Azərbaycanlı aparıcı 4-cü dəfə ərə gedir - VİDEO
"Jurnalistlərin Binası"nda qalmaqal yaradan "CityNet"... - İndi də redaksiyanı internetsiz qoyub
Sabiq icra başçısı məhkəmədə ifadə verdi: "Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var" - VİDEO
2026 Dünya Çempionatının "Maskot"ları belə olacaq - FOTOLAR
Bakıda estetik əməliyyat olunan qadının bədəni çürüyür - VİDEO