ƏƏSMN əməkdazının ünvanlı sosial yardımın verilməsi ilə bağlı həbs olunması xəbəri yayılıb

img

18-03-2010 [07:00]


Əmək və Əhalinin Sosial Müdafiəsi Naziyliyinin Dəvəçi rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin əməkdaşı 1986-il doğumlu Əliyev Şahin Mehman oğlu ünvanlı sosial yardımların verilməsi prosesində yol verdiyi nöqsanlara görə 26 fevral 2010-cu ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Bakıya gətirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dəvəçi rayon sakinləri xəbər veriblər. Məlumata görə, saxlanılmaya Dəvəçi rayonunda ünvanlı sosial yardımların verilməsi prosesindəki qanunsuzluqlar səbəb olub. Belə ki, ünvanlı sosial yardıma ehtiyacı olan 300 ailənin Bankomat kartı müəyyən vəzifəli şəxslər tərəfindən ələ keçirilərək onlara dövlət büdcəsindən ayrılmış vəsait təyinatı üzrə istifadə olunmayıb. Amma hüqüq-mühafizə orqanlar 20 gün keçsə də, bu həbslə bağlı rəsmi məlumat verməyə tələsmirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehman Zahidov isə mətbuat xitmətində belə bir məlumatın olmadığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA