01-03-2016 [18:07]
Elçin ŞIXLİNSKİ
Sabah-sabah qara xəbər gəldi... Bibioğlunun qara xəbəri... Yoldaşım facebookda oxumuşdu... Heç nə başa düşmədim...
Sonra oğluna telefon açdım. Uşağın boğuq səsindən anladım ki, düzüymüş. Taleh köçdü...
58 yaş nədı ki ...
Düz iki ildi ki, yazı yazmırdım. Özümə söz vermişdim, amma Taleh köçüynən məni yaman kövrəltdi. Bayaqdan Ruhanıdən tutmuş Baş Sarıteləcən qulaq asıb özümü ovundurmağa çalışıram. Rəhmətliyin çox gözəl saz çalmağı vardı. Hər aşıq onun kimi çalammazdı. İndi saza qulaq asdıqca elə bilirəm Talehdi, Qazağın qaymaq kimi şirin axşamlarının birində həyətlərindəki qoca tutun altında qardaşı Sabitin bağladığı qara sazı bağrına basıb çalır...
İmkanım olsa, üstündə Yanıq Kərəmi çaldırardım...
***
80-ci illərin sonu idi. Atamla Neftçalaya toya getmişdik. Toy gününün səhəri isə Bakıdan Süleyman Rüstəmin ölüm xəbəri gəldi. Atam sərt adam idi. Ömrüm boyu iki ya üç dəfə ağladığını görmüşdüm. Ona görə bərk kövrəldiyinə təəccübləndim. Ağzımı açmağa ehtiyac qalmadı dedi ki, "Mən tək bir Süleyman Rüstəmə ağlamıram. O, Azərbaycan ədəbiyyatındakı böyük bir nəslin sonuncu nümayəndəsiydi. O, getməklə özüylə bir epoxanı da apardı”.
***
Müəllimiydi, ədəbiyyat müəllimi. 78-ci ildən bəri kənd məktəblərində dərs deyirdi. Son 25-30 ili isə Kosalar kənd orta məktəbinin direktoruydu. İnstitutu fərqlənmə diplomu ilə bitirməsinə baxmayaraq bir çoxları kimi Bakıda qalmadı. Doğma ocağa bağlılıq üstün gəldi. Şərəfli müəllim yolu keçdi. Ana babası Qəhrəman Şıxlinski kimi. İndi onunla eyni qəbiristanda uyuyacaq...
Sabah ertədən yola çıxırıq... Qazağa... Bu dəfə nə Həbibə bibimin qurudlu xəngəli olacaq, nə də ki Talehin sazı...
***
2000-ci il idi. Nədənsə ölkədə azad seçkinin mümkünlüyünə inanıb Don Kixot sadəlövhlüyü ilə Qazağa getmişdim. Düşünürdüm ki, camaat məni görən kimi deputat seçəcək. Əslində, camaat, yəni potensial seçicilərdən nəsə asılı olsaydı, bəlkə də bir şey alınardı. Amma... Atamın keçmiş tələbəsi, o vaxt kənd məktəblərindən birində direktor çalışan ağsaqqal müəllimə rayon "keqebesi” mənim müsavatçı olduğumu deyib imza vərəqlərimi çırdıranda başa düşdüm ki, uşaqlıq eləmişəm. Bir sözlə, dayıoğluna kömək etdiyinə, yəni İsmayıl Şıxlının oğlunun imzatoplama kampaniyasında iştirak etdiyinə görə, Talehi məktəb direktorluğundan az qala qovurdular. İcra başçısının sözünü götürməyib işdən çıxmaq barədə ərizə də yazmışdı. Dostlar sağ olsun, ərizəsinin nazirin masasına çatmasına imkan verməmişdilər. Nəticədə o vaxtkı icra başçısı bibioğlumu "yapçı” etdirəndən sonra ondan əl çəkmişdi. Rayonağası əl çəksə də, rəhmətlik əsəbilik və mənəvi sarsıntıdan şəkərin cənginə keçmişdi...
***
Yolboyu hava açıq, hətta bəzi yerlərdə günəşli olsa da, Qazaxda çiskindi... Sazaq olmasa da, qəbirsanlığın xoflu sükutu torpağa işləyən bel səsləri kimi iliyimə işlədi. Çiskində qulağa dəyən yeganə səs torpağı kürüyən kişilərin hənirtisiydi. Başımı qaldırıb ətrafıma boylandım. Camaatın başının üstündən uzaqlara – çənli dağlara baxdım. Gözümlə axtardığımı tapanda, azca toxtadım. Göyəzən burdan görsənir...
***
Deyəsən, atamın o zaman nə üçün kövrəldiyini hiss eləməyə başlayıram... Köç yaxınlaşır...
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR