Ukrayna Rusiyanı döyüşlə təhdid etdi: “Həqiqi döyüş olsa, sizi yox edərik”

img

01-03-2016 [08:30]


"Rusiya ilə həqiqi döyüş olsa, onları yox edərik. Onlar Dneprə əsgər çıxararsa, piyada qüvvələrini tamamilə itirmiş olacaq. Ukrayna ordusu düşmənlə döyüşəcək qaynaqlara sahibdir".

 

Bu fikirləri Ukrayna Müdafiə Nazirliyinin yüksəkçinli nümayəndəsi Valentin Fediçev deyib.

 

Ukraynanın "Espresso” televiziyasına müsahibə verən sözçü ehtimal olunan müharibə zamanı hər iki tərəfin verəcəyi itkilər barədə də dəqiq rəqəmlər səsləndirib:

 

"Əgər düşmən hava güclərindən istifadə etsə və sərhədlərimizdəki birliklərimizə hücuma keçsə, hesaplamalarımıza görə, 20 min əsgərini itirəcək. Ukraynanın itkilərinin isə, uzağı, 5-6 min nəfər olacaq”(Strateq.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA