?Narkomanlığa yox deyək? mövzusunda tədbir keçirilib

img

15-03-2010 [02:19]


Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində 2010-cu il mart ayının 15-də Səbail rayon İcra Hakimiyyəti Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşkilatçılığı ilə rayonun 189 saylı orta məktəbində bu məktəbin və eləcə də 7 və 190 saylı orta məktəbin şagirdləri üçün ?Narkomanlığa yox deyək? mövzusunda tədbir keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə 189 saylı orta məktəbin direktoru, əməkdar müəllim Bela Jəlilova açımış, müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə məlumat verib. Tədbirdə Səbail rayon Məhkəməsinin, Bakı şəhər Narkoloci dispanserinin, QİÇS-lə Mübarizə Mərkəzinin, rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların Profilaktika işinin təşkili və Narkomaniya ilə Mübarizə bölmələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri mövzu ilə bağlı çıxışlar etmiş, şagirdləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar. Səbail rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın rəhbəri Xalidə Bayramova rayondakı yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Sonda uşaqlara narkomanlığa və QİÇS-ə qarşı mübarizə ilə bağlı bukletlər paylanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA