Rail Rzayevin yavəri, köməkçisi və onun oğlunun cinayət izi üzrə məhkəmən təxirə salınıb

img

15-03-2010 [12:40]


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi üzrə məhkəmənin bu gün keçirilməli olan hazırlıq iclası təxirə salınıb. Hakim İslam Neymanovun sədrliyi ilə keçirilməli olan iclasın təxirə salınmasına səbəb zərərçəkmiş şəxsin nümayəndəsinin prosesdə iştirak etməməsi olub. Proses sabah davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA