Rusiyadan Türkiyəyə nüvə silahı təhdidi - ABŞ-dan sensasion iddia

img

23-02-2016 [12:18]


Amerikalı jurnalist Robert Perri Türkiyə və Rusiya arasındakı yaranmış böhranla bağlı sensasion bir iddia irəli sürüb. 

Avropa.info xəbər verir ki, Perri korlanan Rusiya-Türkiyə münasibətlərinə münasibət bildirdiyi yazısında Putinin Türkiyəni nüvə silahı ilə vurmağa hazır olduğunu söyləyib. 

"Rusiya prezidenti Vladimir Putinə yaxın bir mənbənin mənə verdiyi məlumata görə, ruslar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq ediblər. Xəbərdarlıqda Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya girəcəyi təqdirdə Moskvanın lazım gələrsə nüvə silahından da istifadə etməyə hazır olduğu bildirilir”.

Türkiyə Suriya sərhədinə yığdığı yüz minlərlə əsgər və Səudiyyə Ərəbistanı yüksək texnologiyalı silahları ilə dediklərini edərlər və müxalifləri Rusiyanın dəstəklədiyi Suriya hökumətinin hücumundan qorumaq üçün hərbi müdaxiləyə gedərlərsə o zaman Rusiya da Suriyadakı 20 minə yaxın hərbçisini qorumaq üçün bir qərar vermək məcburiyyətində qalacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA