PKK kəməri vurdu, İraqdan Ceyhana gələn neft dayandı - Bərzani terroristlərə hiddətləndi

img

18-02-2016 [21:20]


PKK tərəfindən Kərkük-Yumurtalıq boru xəttinə edilən hücumdan dolayı Türkiyəyə neft nəqli dayandırılıb.

Bu barədə Şimali İraq Kürd Regional Rəhbərliyinin Təbii Resurslar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Şanlıurfa vilayətində baş verən hücumdan dolayı İraqdan Ceyhan limanına nəql edilən neft dayandırılıb:

"Bu hücum Kürdüstan bölgəsində yaşayan xalqın mənafeyinə zərbə vurur. İŞİD-ə qarşı mübarizə aparan peşmərgə döyüşçülərinin maaşları məhz neftdən gələn gəlir hesabına təmin edilir. Türkiyə təhlükəsizliyi artırmalıdır. Bu hücumu şiddətlə qınayırıq”.

Bundan əlavə, Şimali İraq Kürd Regional Rəhbərliyinin Baş naziri Necirvan Bərzani PKK-dan Kürdüstan bölgəsinin daxili işlərinə qarışmamasını tələb edib.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA