Xüsusi Dövlət Mühafizə Xidməti haqda dəyişiklik - Prezident sərəncamı

img

18-02-2016 [21:09]


Prezident lham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamə”ni "Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 638 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı qərara verilib:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 28 noyabr tarixli 752 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №11, maddə 1112) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi haqqında Əsasnamə”də dəyişiklik təsdiq edilsin.

***

Prezident İlham Əliyev bu gün eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”ni "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 639 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə belə qərar verilib:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, №12, maddə 1268; 2013, №7, maddə 800, №12, maddə 1511) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də dəyişiklik təsdiq edilsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR