Xəzərin Azərbaycan sahillərində gəmi yanıb

img

12-03-2010 [12:30]


Bu gecə Azərbaycan Respublikası ərazisində Rusiya bayrağı altında üzən Mahaçqala limanında qeydiyyatda olan "Kaya Kend" gəmisi yanıb. Dövlət Dəniz Adminstrasiyasından ANS TV-yə verilən məlumata görə, hadisə Çilov adasının 4 mil cənubunda baş verib. Güclü yanğınla əlaqədar gəminin kapitanı sos siqnalı verdikdən sonra Dövlət Neft Şirkətinin və Fövqəladə Hallar Nazirliyinin gəmiləri və vertolyotları hadisə yerinə göndərilib. Gecə saat 02 radələrində gəmidəki 16 nəfər xilas edilib. Hazırda gəmi heyəti sahilə çatdırılmaqdadır. Balıqçı gəmisi isə xilas etmə əməliyyatı başa çatdıqdan sonra Bakı limanına gətiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA