Rusiyada böhran dərinləşdi, Mərkəz Bank ruslara şok müraciət yaydı: "Hər biriniz işinizi itirə bilərsiniz..."

img

16-02-2016 [19:51]


Rusiya Mərkəzi Bankı ölkədə yaranan dərin iqtisadi böhranla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Mia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Mərkəzi Bank sədrinin köməkçisi Sergey Şvetsov müraciətində ruslara televizor, paltaryuyan maşın və digər bu kimi texniki avadanlıqlara pul xərcləməməyi tövsiyə edib:

"Xərclərinizi dəqiq aparın. Artıq israflara yol verməyin. Ciddi ehtiyac və zərurət yoxdursa, televizor, paltaryuyan və bu kimi avadanlıqlara pul xərcləməyin. Çünki hazırda elə bir vəziyyət yaranıb ki, hər kəs işini itirmək təhlükəsi ilə üz-üzədir. Bu üzdən xərcləməmək, qazancınızdan "dar gün" üçün saxlamanız çox vacibdir".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA